“Nəsiminin nəvələri adından sizi təbrik edirik, cənab Prezident”

2022-12-23 17:26:00

“Nəsiminin nəvələri adından sizi təbrik edirik, cənab Prezident”

"Azərbaycan tarixini yenidən yazdınız"

Hurriyyet.az “President.az” saytında istinadla xəbər verir ki, İzmirdəki Türkmən Həkimləri Dərnəyinin sədri, Türk Asaqqalları İctimai Birliyinin (TAİB) İdarə Heyətinin üzvü Muxtar Fatih Beydili  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə İmadəddin Nəsiminin nəvələri, Hələb türkmənləri adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı bildirməkdən məmnunluq duyuram. Siz Azərbaycanın yeni tarixini yazdınız.

Sizə möhkəm cansağlığı, rifah və ali dövləti fəaliyyətinizdə daha böyük uğurlar diləyir, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,  Muxtar Fatih Beydili, İzmirdəki Türkmən Həkimləri Dərnəyinin sədri”.

Həkim Muxtar Beydili öz “Feysbuk” səhifəsində yazıb: “Sizin rəhbərliyinizlə müzəffər Azərbaycan Ordusu 30 il işğal altında olan torpaqlarımızı azad etdi. Bu 44 günlük müharibə göstərdi ki, can atavatan Azərbaycan müasir, güclü ordusu olan və iqtisadiyyatı sürətlə inkişaf edən dövlətdir.

Əminəm ki, həyata keçirdiyiniz siyasət can atavatan Azərbaycana daha böyük uğurlar və qələbələr gətirəcəkdir”.

Qeyd edək ki, doktor  Muxtar Beydilinin suriyalı soydaşlarımız barəsindəki “SURİYA OĞUZ TÜRKMƏNLƏRİ TARİXİ” adlı məqaləsini tarixistan.org saytından oxuya bilərsiniz.

Hürr Tərcüman

Şəkilin açıqlaması yoxdur.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.129408