Nərmini yandırıb videoya çəkiblər - Görüntülər...

2022-06-17 20:41:00

Nərmini yandırıb videoya çəkiblər - Görüntülər...

Nərmini yandırıb videoya çəkiblər - Görüntülər...

Şərif Quliyev: “Görüntülər var, hamısını görəcəksiniz. İstintaq davam edir, məhkəmə yekunlaşandan sonra görüntülər kanallarda göstəriləcək"

"Prosesə sədrlik edən hakim məzuniyyətə çıxdığına görə, araşdırma təxirə salınıb. İyulun 13-də məhkəmə baş tutacaq".

Bu sözləri "Sherg.az"a açıqlamasında müəmmalı şəkildə qətl olunan Nərmin Quliyevanın atası Şərif Quliyev bildirib.

Ş. Quliyevin fikirlərinə əsasən,  Nərminin nənəsi  Minayə İsmayılova  vaxtı  səhv deyib: 

" Təxminən 22:00 radələrində qızım Şəbnəmlə onlara getmişik. Ağbirçək qadındı, zamanı dəqiq deyə bilməyib. Qarşı tərəf yalan iddialar irəli sürür. Şübhəli şəxs olan İlkininin ( Süleymanov ) guya, haqlı olduğunu deyirlər. O videoçəkilişlə etiraf edib. Nərmini yandırıb çəkdiyi görüntülər də var. Hamısını görəcəksiniz. İstintaq davam edir, məhkəmə yekunlaşandan sonra görüntülər kanallarda göstəriləcək".

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkarlanıb.

Xinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

 İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. Hazırda araşdırma davam edir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya