“Nərmin işi”nə Ombudsman da “əl qoyub”? - AÇIQLAMA

2022-05-06 17:05:00

“Nərmin işi”nə Ombudsman da “əl qoyub”? - AÇIQLAMA

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanov ötən gün məhkəmədə sərbəst ifadə verib.

İclas Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilib. İ.Süleymanov həbsindən sonra qətli boynuna götürmək üçün təzyiqlərə məruz qalmasından danışıb.Təqsirləndirilən şəxsin sözlərinə görə, ona məcburi qaydada etiraf ərizəsi yazdırıblar: "Həbs olunduğum ilk günlər idi. Təzyiq altında mənə kağıza "Ata məni bağışla, bir səhvdir etmişəm", sözlərini yazdırdılar. O qədər təzyiq etdilər, sonda dedim ki, nə desəniz, boynuma alacam. Bunun çoxu rəis müavini Şahlar Cəfərovun otağında olub".

Hurriyyet.az xəbər verir ki, illərdir davam edən proseslə bağlı İ.Süleymanovun qardaşı Adil Süleymanov "Sherg.az"a açıqlama verib. Onun sözlərinə görə, təyziqlər 2020-ci ildə yanvar ayının 6-dan 10-a kimi cinayətin onun boynuna qoyulduğu vaxtlarda yaşanıb:

" Sonra isə qardaşıma dair sıxıntı yaranmayıb. Kürdəxanı təcridxanasında idi, qayda-qanuna uyğun, normal tərzdə davranıblar.

Təzə vaxtı 6-7 ay İlkinlə görüşə bilmədik. Yeganə sıxıntımız bu idi. Ardınca Ombudsman Səbinə xanım Əliyevanın köməyi ilə görüş müəyyənləşdi. Ayda bir dəfə görüşdük.

Artıq bir ildir, Gəncədədir. Gəncədə olduğu müddətdə qaydalar düzgün yerinə yetirilir. Dəfələrlə zəngləşmişik. Qardaşımgil də görüşür. Sadəcə ilk dönəmlərdə cinayəti İlkinin boynuna qoymaq məqsədilə təyziqlər göstərilib.

Təyziq göstərənlər Azər Məmmədov, polis rəisinin müavini Şahlar Cəfərov, Turqut adlı polis idi".

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkarlanıb.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İlkin Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya