Nəriman Həsənzadənin son durumu açıqlandı
2025-12-02 17:38:16
Xalq şairi Nəriman Həsənzadə müalicə olunduğu Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Kult.az-a açıqlamasında şairin köməkçisi Arif Mehmandost məlumat verib.
“Huşu özündə olsa da, hazırda durumu ağır-stabildir. Hazırda həkimlərin nəzarətindədir. Gözləyirik. Durumu yaxşılaşsa, palataya köçürüləcək”, - deyə köməkçisi bildirib.
Mərkəzi Klinikanın mətbuat şöbəsindən verilən məlumata görə, xəstənin reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi davam edir:
“Xronik böyrək çatışmazlığı kəskinləşməsi diaqnozu ilə hemodializ proseduru icra edilir. Vəziyyəti ağır stabil olaraq qiymətləndirilir”.
Qeyd edək ki, şair 2 ay öncə böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
