Saat:01:40
Haqqımızda

Nərgiz Məhəmmədi həbs olundu

2025-12-12 22:05:02

Nərgiz Məhəmmədi həbs olundu

2023-cü il Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi qatıldığı anım tədbirində İran təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Hurriyyet.Az Bakupost.az-a istinadən xəbər verir ki, o, ofisində ölü tapılan vəkil Xosrov Alikürdünün xatirəsinə Məşhəddə təşkil edilən mərasimdə bir neçə digər fəalla birlikdə tutulub.

N.Məhəmmədinin Parisdə yaşayan əri Tağı Rəhmaninin X sosial şəbəkəsində yazdığına görə, onunla birlikdə daha bir neçə fəal saxlanılıb.

Onun qardaşı Mehdi Məhəmmədi də həbs xəbərini təsdiqləyib.