Saat:10:04
Haqqımızda

Nənə bir qızını və üç nəvəsini zəhərləyərək öldürdü - FOTO - VİDEO

2023-05-30 23:13:00

Nənə bir qızını və üç nəvəsini zəhərləyərək öldürdü - FOTO - VİDEO

Saratov vilayətində qızı və üç nəvəsini zəhərləyən qadın 19 il müddətinə azadlıqdan məhrum edilib.

Saratov vilayətində yerli sakin bir il yarım əvvəl öz əlil qızı və üç, beş və yeddi yaşlı üç nəvəsini zəhərlədiyinə görə 19 il həbs cəzası alıb. Qadın əvvəlcə cinayətdə iştirakını inkar etsə də, istintaq zamanı o, etiraf etməyə məcbur olub. O, ağır serebral iflic olan 23 yaşlı qızı və oğlunun 3 uşağını südlü əriştəyə qarışdırılmış zəhərlə ölümlərinə səbəb olub. Məhkum bu dəhşətli addımını onunla izah edib ki, doğmalarına qulluq etmək onun üçün çox çətinləşmişdi. Qeyd edək ki, nənənin hadisədən bir xeyli əvvəl əri maşın qəzasında ölmüşdü.

Rusiya mətbuatının yaydığı məlumata görə Saratov vilayətinin məhkəməsi 2021-ci ilin sonunda qızı və üç nəvəsini zəhərləyən Marksovski rayonunun Aleksandrovka kəndinin 50 yaşlı sakinini 19 il müddətinə azadlıqdan məhrum edib.

“İstintaq və məhkəmə müəyyən edib ki, təqsirləndirilən şəxs 2021-ci il dekabrın 11-də üç, beş və yeddi yaşlı nəvələri və 23 yaşlı əlil qızı üçün yemək bişirib. Şəxsi düşmənçilik zəminində o, yeməyə zəhərli maddə əlavə edib, nəticədə qurbanlar bir neçə gün sonra ölüblər”.

İl yarım ərzində aparılan müxtəlif müayinələr, toplanan sübutlar nəticəsində nəhayət qadın cinayətini etiraf edib.

Qeyd edək ki, 50 yaşlı cinayətkar Lidiya Şiryayeva faciədən təxminən iki il əvvəl ailəsi ilə birlikdə Aleksandrovkaya (250 nəfərlik kənd) köçüb. Lidiya əri, əlil qardaşı, ağır serebral iflic olan 23 yaşlı qızı, oğlu və üç uşağı ilə yaşayırdı. Uşaqların anası onlarla yaşamırdı – yerli sakinlərin dediyi kimi, Moskvaya işləməyə getmişdi və əslində övladlarının təlim-tərbiyəsində iştirak etmirdi.

Ailənin özü kənddə nümunəviliyi ilə tanınıb. Lidiyanın əri və oğlu Saratov yaxınlığındakı Marksdakı fabrikdə yaxşı pul qazanırdı. Evin və nəvələrin qayğısını nənə özü çəkirmiş. Uşaqlar müntəzəm olaraq uşaq bağçasına və məktəbə gedir, səliqəli görünür və yaxşı oxuyurdular. Ailədə heç kim alkoqoldan sui-istifadə etməyib.

Qətldən bir neçə ay əvvəl, 2021-ci ilin oktyabrında Şiryayevanın əri qəzaya uğrayıb və ağır kəllə-beyin travmasından bir ay sonra dünyasını dəyişib. Şiryayevlərin qohumlarının dediyinə görə, Lidiya ərinin ölümündən çox üzülüb və onu cinayətə sövq edən depressiyaya düşüb.

Dəhşətli 11 dekabr 2021-ci tarixində Lidiya Şiryayevanın 23 yaşlı əlil qızı, üç nəvəsi – iki oğlan və bir qız nahardan sonra özünü pis hiss edib. Qadının özü 112-yə zəng edərək onlarda ürəkbulanma və qusma olduğunu bildirib. Təcili yardım gələnə qədər iki uşaq dünyasını dəyişib. Qalanları dekabrın 13 və 14-də xəstəxanada dünyasını dəyişib.

Əvvəlcə bu hadisəni “məişət miqyasında fövqəladə hal” adlandırıblar. Lakin hüquq-mühafizə orqanları dəm qazından və ya həşərat zəhərindən zəhərlənmə versiyalarını işləyib hazırlasalar da bu da yetərli olmayıb.

Müstəntiqlər nəhayət Lidiya Şiryayeva və oğlunun təsadüfən sağ qalmasına şübhə ilə yanaşıblar. Üstəlik, qadın hadisə zamanı ölənlərlə evdə tək olub. İstintaqçılara doğmalarının ölümündə əli olması versiyası daha inandırıcı görünüb.

Şiryayevanın qızının və nəvələrinin dəfn edilməsinə bütün kənd kömək edib, oğlunun işlədiyi fabrikdən də onlara dəstək olublar.

2022-ci ilin yayında müstəntiqlər tərəfindən toplanan sübutların təzyiqi altında Lidiya Şiryayeva nəhayət öz etirafını edib:

“Dekabrın 11-də nahar hazırlamağa başladım, nəvələrimdən nə istədiklərini soruşdum. Südlü əriştə dedilər. Dadlı olmaq üçün duz əlavə etdim, soyumağa qoydum. Hamının fikri dağılarkən mən çölə çıxıb bir torba zəhər gətirdim. Bilirdim ki, ərimin maşınının saxlanma qutusunda zəhər var. Şorbaya əlavə edib zəhəri qarışdırdım. Sonra nəvələrimi və qızımı bu şorba ilə yedizdirdim”, – deyə təqsirləndirilən şəxs bildirib.

Qadın ehtiyatla zəhərlənmiş süd şorbasının qalıqlarını töküb ki, oğlu təsadüfən onu yeməsin. Daha sonra ona və qardaşına “təmiz” əriştə yedirdib.

Şiryayeva dindirmələr zamanı izah edib ki, o, xəstə qızı və üç nəvəsini saxlamaq və onlara qulluq etmək yükündən yorulub. Oğul – uşaqların atası – demək olar ki, bütün vaxtını işdə keçirib və anası əslində qaçdığı üçün yük onun üçün dözülməz olub. Bu yaxınlarda ərinin ölümü də ona təsir edib. Buna görə də qadın doğmalarını öldürmək qərarına gəlib.

Tibbi ekspertiza Şiryayevanın sağlam olduğunu müəyyən edib.

Qeyd edək ki, oğlu hələ də anasının belə bir addım atmasına inana bilmir.

KONKRET.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR