"Nemezis" abidəsi Paşinyanın boğazında ilişib qalmış sümüyə çevrilib" - Erməni mediası

“Nemezis” abidəsi Nikol Paşinyanın boğazında ilişib qalmış sümüyə çevrilib”.
Hurriyyet.Az xəbər verir ki, bu barədə erməni mediası məqalə dərc edib.
“Nemezis” heykəlinin gələcək taleyi Ermənistanda ictimai müzakirələrin əsasını təşkil edir. Heykəl Ankaranı çox incidib. Türkiyə tərəfi açıq şəkildə bildirir ki, o, İrəvanın həmin heykəli götürməsini gözləyir.
İrəvan Bələdiyyəsi heykəli sökmək niyyətində olmadığını bəyan edib. Baxmayaraq ki, Nikol Paşinyan heykəlin tikintisini birbaşa İrəvan bələdiyyəsinin üzərinə atıb.
Amma Ankarada başqa cür düşünürlər. Deyirlər ki, Paşinyan ölkənin başçısıdır. Ona görə də ölkədə baş verən hər şeyə görə cavabdehdir və suallara cavab verməsi gözləniləcək. Ona görə də çətin ki, o, hansısa yolla bu mövzudan yayına bilsin.
Amma hər şeydən görünür ki, Ermənistanın Baş naziri “Nemezis” heykəlinin sökülməsini istəyir.
Əks halda Ankara Ermənistanla münasibətlərin normallaşmasına yönəlmiş istənilən addımı bir kənara qoyacağını açıq şəkildə bildirir.
Ancaq onu da qeyd edək ki, Paşinyan heykəlin sökülməsi qərarına çox çətinliklə gedə bilər. Çünki daxili reaksiya, Ermənistan ictimaiyyətinin münasibəti, xüsusən də diasporun reaksiyası son dərəcə mənfi ola bilər.
“Nemezi”s heykəli artıq Paşinyan və komanda yoldaşlarının boğazında qalan sümüyə çevrilib.
Unutmayaq ki, sonda heykəl sökülsə belə, bir neçə aydan sonra İrəvanda seçkilər olacaq. Və belə bir gedişdən sonra İrəvanda neçə nəfərin Paşinyana səs verəcəyi sual altındadır.
Başqa bir sual ondan ibarətdir ki, onlar İrəvanda seçkiləri ləngitməyə cəhd edə bilərlər ki, seçkidən sonra heykəli dağıtsınlar. Bu o deməkdir ki, onlar Türkiyə hakimiyyəti ilə arxada razılaşma əldə edib, onların tələbinin yerinə yetirilməsinə möhlət istəyəcəklər”, – məqalədə deyilir.
Mənbə: KONKRET.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya