Nehrə yağının insan orqanizmində əvəzolunmaz yeri

2022-07-20 21:35:00

Nehrə yağının insan orqanizmində əvəzolunmaz yeri

Nehrə yağı haqqında bəzi bilgilər

Azərbaycan məişətində XX əsrin ortalarına qədər çox geniş istifadə olunan nehrəni iki üsulla hazırlayırlar. Taxtadan hazırlamaq üçün palıd ağacından 1,5 və ya 2 metr uzunluğunda tir kəsilir və tirin içərisini nehrəgir vasitəsi ilə oymaqla düzəldirlər.Digər üsul aran rayonlarında, əsasən meşə zəif olan yerlərdə gildən küpəyə oxşar şəkildə hazırlayırlar.

Nehrəyə tökülən qatıq və bir qədər ilıq su havanın temperaturundan asılı olaraq müəyyən vaxta qədər çalxalanır. Bu vaxt yağ ayrandan ayrılır. Soyuq havada yağ gec başa gəlsə də, miqdarı daha çox olur. Yağ ayrıldıqdan sonra nehrə qazana boşaldılır və içindəki yağ toplanır.Beləliklə süfrəyə təqdim etməyə hazır olur.

Nehrə yağının keyfiyyətini necə yoxlamaq olar?

İlk növbədə qoxusuna diqqət edin.Nehrə yağını əridən zaman qazandakı yağ buxar olub havaya sovrulursa və əvəzində ətrafa sərt qoxu yayılırsa,şübhələnməlisiniz. Əsl nehrə yağı əridiləndə sarı rəng almalı və xoş qoxu verməlidir.

Təbii nehrə yağı əridilərkən bərabər şəkildə əriməlidir,saxta olanların səthində damcılar əmələ gəlir. Bu palma yağına və ya marqarinə aid xüsusiyyətdir.

Keyfiyyətli nehrə yağı möhkəm və əllə toxunduqda hamar olur. Kəsildikdə qatlara bölünmür və parlaq görünür.

Təbii nehrə yağı soyuducudan çıxarılan zaman  parçalanmamalıdır.

Nehrə yağının faydaları haqqında

Maddələr mübadiləsini gücləndirir,enerji və güclə təmin edir,qanda pis xolestrinə çevrilmir,sinir sistemi üçün də çox faydalıdır.Nehrə yağının tərkibi xeyirli xolesterin olduğu üçün ürəkdə damar tıxanıqlığı və infarkt riski yaratmır.Əvəzolunmaz yağ turşuları ilə orqanizmin gündəlik tələbatını ödəyir.Nehrə yağının tərkibində müxtəlif əvəzolunmaz yağ turşuları və vitaminlər var (A,E,K,D, beta karotin və s.)

Azərbaycan ədəbiyyatında da Nehrə yağına aid deyimlər çoxdur məsələn 

Çöldə hər övrəti-qarabaği
Nehrədə çalxayır gözəl yaği.
S.Ə.Şirvani.

Axşamacan cəhrə əyir, inək sağ, qatıqçal, nehrə çalxalanır, adını da tənbəl qoysunlar.
Ə.Haqverdiyev

 

Qida Məsələləri Üzrə Mütəxəssis / Ağa Salamov

Mənbə: Qidaelmi.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061687