Saat:22:17
Haqqımızda

Nəhəng aysberqdən gündə 1,5 milyard ton buz əriyərək okeana qarışır

2022-01-20 16:31:00

Nəhəng aysberqdən gündə 1,5 milyard ton buz əriyərək okeana qarışır

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, biz zamanlar dünyanın ən böyük aysberqi hesab edilən “A68” adlı nəhəng buz kütləsinin əriməsi nəticəsində hər gün 1,5 milyard ton su okeana qarışır. BBC-nin verdiyi xəbərə görə, 2017-ci ildə Antarktikadan qopan aysberq 6 min kvadrat kilometr sahəyə və 230 metr yüksəkliyə sahibdir. A68 aysberqindən gündə 1,5 milyard ton su ayrılır – bu, İngiltərənin gündəlik su istehlakının 150 qatına bərabərdir. Aysberqdən indiyə qədər 1 trilyon tona qədər buzun qopduğu bildirilir. Qopan buz parçalarının milyonlarla pinqvin, suiti və balinanın yemək axtardığı yolları bağlaya biləcəyi, okeana qarşılan buzlu suların ekoloji və bioloji dəyişikliklər doğuracağı güman edilir.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR