"Neftçi" "Zirə"yə qaydalar çərçivəsində qol vurmayıb? - RƏSMİ AÇIQLAMA
AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Misli Premyer Liqasının XIV turundakı oyunlarda mübahisəli epizodları şərh edib.
Hurriyyet.Az AFFA-nın mətbuat xidmətimə istinadən onun fikirlərini diqqətinizə çatdırır:
“Kəpəz” – “Araz-Naxçıvan”
Oyundankənar vəziyyət səbəbindən ləğv edilən qollar: 8 və 75-ci dəqiqələrdə iki qol ləğv edildi. Hər iki qərar düzgün idi və VAR tərəfindən təsdiqləndi.
“Səbail” – “Qarabağ”
Penalti epizodu: 90+3-cü dəqiqədə hakim penalti verməmək qərarına gəldi. Çünki “Səbail”in 36 nömrəli futbolçusunun (Azad Əsgərov) “Qarabağ”ın 7 nömrəli oyunçusu (Yassin Benzia) ilə mümkün təması çox zəif idi və hücumçu asanlıqla yıxıldı. VAR bu vəziyyəti yoxladı və hakimin qərarını təsdiqlədi.
“Neftçi” – “Zirə”
Hesaba alınan qol: 68-ci dəqiqədə “Neftçi”nin qolu təsdiq edildi, çünki hücüm zamanı top meydanı tərk etməmişdi. VAR bu vəziyyəti yoxladı və qolu təsdiqlədi.
“Turan Tovuz” – “Sabah”
Matçda mübahisəli epizod yoxdur.
“Sumqayıt” – “Şamaxı”
Penalti epizodu: 74-cü dəqiqədə künc zərbəsindən sonra cərimə meydanında əllə oyuna görə VAR müdaxilə etdi. Top “Şamaxı”nın 8 nömrəli oyunçusunun (İlkin Muradov) əlinə dəydi. Oyunçunun əli qeyri-təbii vəziyyətdə, çiyin üzərində və bədəndən aralı idi. VAR müdaxiləsi və hakimin penalti vermək qərarı doğrudur.