Saat:04:46
Haqqımızda

​“Neftçi” yeni məşqçi ilə müqavilə imzaladı

2024-02-01 22:03:08

​“Neftçi” yeni məşqçi ilə müqavilə imzaladı

“Neftçi”nin qadınlardan ibarət komandasına yeni baş məşqçi təyin olunub.

Hazırda qadınlardan ibarət Azərbaycan milli komandasını da çalışdıran Siyasət Əsgərovla mövsümün sonunadək müqavilə bağlanıb.

Siyasət Əsgərov məşqçilik fəaliyyətinə 2007-ci ildə MOİK-in əvəzedici heyətində köməkçi məşqçi kimi başlayıb. 2008-2009-cu illərdə MOİK-də baş məşqçi, 2009-2010-cu illərdə MOİK-in əvəzedici heyətində baş məşqçi, 2010-2012-ci illərdə 17 yaşadək qızlardan ibarət milli komandada məşqçi kimi çalışıb. 2013-cü ildən etibarən 19 yaşadək qızlardan ibarət milli komandada məşqçi, 17 yaşadək qızlardan ibarət milli komandada baş məşqçi, 15 yaşadək qızlardan ibarət milli komandada isə məşqçi kimi fəaliyyət göstərir.

Qeyd edək ki, Siyasət Əsgərov “Neftçi” ilə yanaşı eyni zamanda qadınlardan ibarət Azərbaycan milli komandasında da baş məşqçi olaraq fəaliyyətini davam etdirəcək. \\Metbuat.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.226620