Neftçalada avtomobil marketə çırpılıb, ölən və xəsarət alanlar var

2022-09-03 23:20:00

Neftçalada avtomobil marketə çırpılıb, ölən və xəsarət alanlar var

Neftçalada ölümlə və xəsarətlə nəticələnən yol qəzası olub.

Hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Aşağı Surra kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayonun Xıllı qəsəbə sakini İbrahim İbrahimovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil əvvəlcə yolun kənarında dayanmış “KİA” markalı avtomobilə, sonra isə mağazaya çırpılıb. Hadisə zamanı “VAZ-2106”-nın sərnişinləri, Xıllı qəsəbə sakinləri - 43 yaşlı Mədinə Babayeva, 3 yaşlı Nərminə Babayeva və 7 yaşlı Ləman Məmmədova müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, L.Məmmədova xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. \\Report

13:33

Neftçala rayonunda avtomobil marketə çarpılıb, xəsarət alanlar var.

Hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Aşağı Surra kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı avtomobil anidən idarəetmədən çıxıb, daha sonra yolun yaxınlığındakı marketlərdən birinə çarpılıb. Qəza nəticəsində üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Şəxsiyyətləri hələlik məlum olmayan yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

\\Report

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060206