Neft və qazdan asılı iqtisadiyyat: Qeyri-neft sektoru niyə yerində sayır? - AKTUAL

2022-09-06 15:03:00

Neft və qazdan asılı iqtisadiyyat: Qeyri-neft sektoru niyə yerində sayır? - AKTUAL

“Dünyada neftə tələbat pik həddinə çatıb və bu, daha bir neçə onillik davam edəcək”.

Bunu “RİA Novosti”yə Yanacaq-Energetika Kompleksində Texnologiyaların İnkişafı İnstitutunun media mərkəzinin rəhbəri Dmitri Koptev deyib. Analitik qeyd edib ki, uzunmüddətli proqnozlar əsrin ortalarına qədər neftin dünya enerji balansında payının ən azı 50 faiz olacağına işarə edir: "Qazın qızıl dövrü hələ qarşıdadır".

Bundan əvvəl “Otkritie Management Company” şirkətinin analitiki İrina Proxorova bildirib ki, karbohidrogenlər yaxın onillikdə dünya enerjisinin əsası olaraq qalacaq.

Ekspert hesab edir ki, dünya enerji istehlakı strukturunda neftin dominant mövqeyi davam edəcək. Qeyd edək ki, Azərbaycan neft ölkəsi kimi tanınsa da artq “Qara qızıl” öz yerini digər təbii enerji ehtiyatına veiməkdədir. Bu gün bir çox dünya ölkələrinin təbii qaza ciddi var. Azərbaycan da təbii qazın ixracı istiqamətində əlaqələrini genişləndirir. Ancaq fakt odur ki, ölkədə enerji ehtiyatları ilə bağlı irəliləyiş müşahidə edilsə də, qeyri-neft sektoru ilə bağlı bunu müşahidə etmək mümkün deyil.

Prioritet elan edilməsinə baxmayaraq, qeyri-neft sektoru niyə inkişaf etmir?

Hurriyyet.az-ın məlumatına görə, iqtisadçı-ekspet Akif Nəsirli Cebhe.info-ya bildirib ki, Azərbaycanda indiyə kimi neft daha çox satılırdı:

“Ancaq 2025-ci ilə kimi azalma tempi nəzərdə tutulurdu. Artıq neftin gündəlik hasilat həcmi 500 min barreldən aşağı düşüb. Bu azalma gözləniləndir və davam edəcək. Qazın hasilatı və ixracı o qədər də uzunömürlü olmayacaq. Düzdür, Xəzər dənizinin qaz ehtiyatları aşkarlanıb və genişmiqyaslı qaz hasil olunacaq. Belə bir dönəmdə Avropanın qaza tələbatı artıb. Bu, Azərbaycanın maraqlarına uyğun gəlir. Qaz hasilatınnın daha da genişləndirilməsi üçün həm imkanlar, həm də bazar var. Bu ixracdan ölkəyə külli miqdarda valyuta axını olacaq. Həmin valyuta axınından istifadə edib Azərbaycanda qeyri-neft sektorunu inkişaf etdirmək olar. Yəni bir tərəfdən investisiya qoyuluşu mümkündür, digər tərəfdən də ölkədə qeyri-neft sektorunun inkişafının qarşısını alan amillər var ki, onları aradan qaldırmaq kifayətdir. Yəni investisiya qoyuluşunu artırmaq, kredit faizlərini aşağı salmaqla vətəndaşların ucuz kredit götürməsinə imkan yaratmaq, digər tərəfdən isə ölkədə hökm sürən monopoliyanı aradan qaldırmaq lazımdır. Monopoliyanın yerini rəqabət mühiti tutmalıdır”.

Ekspertin fikrincə, digər tərəfdən hökumət əlini iqtisadiyyatdan çəkməlidir:

“Dövlətin iqtisadiyyatda iştirakı yalnız vacib hallarda nəzərdə tutulmalıdır. Hazırda ölkə iqtisadiyyatının 30-40 faizi dövlətin monopoliyasındadır. Qalan 60-70 faizi oliqarxların, yəni məmur biznesmenlərin inhisarındadır. Belə bir şəraitdə rəqabət mühitinin formalaşması mümkün deyil. Rəqabət mühiti yoxdursa, demək inkişaf yoxdur. Ona görə də hökumət ölkədə qeyri-neft sektorunu inkişaf etdirmək istəyirsə, monopoliyanı aradan qaldırmalıdır. Bu, birinci şərtdir. Bunun ardınca korrupsiya, rüşvətxorluq aradan qaldırılmalı, azad məhkəmələr olmalı, mülkiyyətə zəmanət verilməlidir. Dövlət ehtiyatları adı altında istənilən obyekt sökülür. Bu kimi məsələlər qeyri-neft sektorunun inkişafı üçün vacibdir. Hər birinin altında xırda problemlər var”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.062225