Neft sürətlə ucuzlaşır
2025-04-07 17:08:52

Bir barrel neftin qiyməti 60 dollara yaxınlaşır
Hurriyyet.az xəbər verir ki, neftin qiyməti təqribən 3% ucuzlaşıb. "ICE Futures" birjasında "Brent" nefrinin iyun fyuçerslərinin qiyməti 63,68 dollardır. WTI neftinin bir barreli isə 60,11 dollara düşüb.
Donald Trampın ticarət rüsumları, həmçinin OPEK+ təşkilarının neft hasilatını sürətləndirmək qərarı neftin ucuzlaşmasına təkan verib.
Hürr Tərcüman
