"Neft Fondunun idarəçiləri istefa verməli, investisiya siyasəti, məsləhətçilər dəyişdirilməlidir" - NATİQ CƏFƏRLİ

2022-11-29 13:33:00

"Fond bu ilin ilk 9 ayında 8 mlrd. 706 mln. 200 min manat zərər edib, idarəçilər buna görə məsuliyyət daşıyırlar"

"Neft Fondu bu ilin ilk 9 ayında daşınmaz əmlak portfelinin idarəetməsindən, səhm bazarına qoyduğu yatırımdan ziyan edib, aldığı səhmlərin dəyəri bu il 17% ucuzlaşıb. Avro, funt və yenin məzənnələrinin ABŞ dollarına nisbətən ucuzlaşmasına görə bu valyutalarda olan aktivlərinin dollara nisbətən dəyəri azalıb". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

İqtisadçı ekspertin sözlərinə görə, Neft Fondu bu ilin ilk 9 ayında 8 mlrd. 706 mln. 200 min manat zərər edib: "Yaxşı, əgər bütün yatırım portfelləri üzrə ziyan varsa, Fondun idarəçiləri buna görə məsuliyyət daşıyırlar. Deməli, istefa verməli, Fondun idarəçiliyi, investisiya siyasəti, məsləhətçiləri dəyişdirilməlidir, onlar alınan qərarlara görə öz günah payları var. Məsuliyyət bir qırağa, ehtimal edirəm ki, Fondun bütün CEO-ları il sonu yaxşı mükafat da alacaqlar".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.266029