Ned Prays: ABŞ Gürcüstan, Ukrayna və Moldovanın ambisiyalarını və Avropa istiqamətini dəstəkləyir

2022-06-01 16:12:00

Ned Prays: ABŞ Gürcüstan, Ukrayna və Moldovanın ambisiyalarını və Avropa istiqamətini dəstəkləyir

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, ABŞ strateji tərəfdaş kimi Gürcüstan, Ukrayna və Moldovanın Avropa istəklərini və ambisiyalarını qətiyyətlə dəstəkləyir.
Aİ-yə namizədlik statusunu gözləyən Gürcüstan, Ukrayna və Moldovanın indi bu mühüm mərhələyə nail olma ehtimalının nə dərəcədə olması ilə bağlı suala cavab olaraq Ned Prays bildirib ki, bu məsələ bu üç ölkə ilə Aİ-yə aiddir, yeri gəlmişkən ABŞ onları dəstəkləyir.
“ABŞ strateji tərəfdaş kimi bu üç ölkənin Avropa istiqamətini və Avropa ambisiyalarını qətiyyətlə dəstəkləyir. Biz bu üç ölkənin müstəqillik əldə etdikləri gündən bu yolda yanındayıq və onları dəstəkləməyə davam edəcəyik”, deyə Prays bildirib.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya