Necə edək, düz yoluna qayıda? - ŞEİR

2023-04-15 16:24:00

Necə edək, düz yoluna qayıda? - ŞEİR

Bu dünya yolunu elə çaşıb ki,
Nə deyim mən, öz yoluna qayıda.
Haçan isə gülər üzü olub ki?
itirmişəm illəri də, sayı da.
Necə edək, düz yoluna qayıda?

Yüngülləşib,dingilləşib deyirik,
Bəlkə olub bundan artıq zayı da.
Əcaib bir çirkinləşib, söyürük.
Görən varmı onun gözəl halıda?
Necə edək düz yoluna qayıda?

Nizamı yox, tərəziyə qoyula,
Məzarı çox, kəfən yoxdur boyuna,
Diqqət etsək baharına, qışına,
Həmən aprel, həmənkidir mayıda.
Necə edək,düz yoluna qayıda?

Üzlərə baxırsan sanki birtəhər,
Deyib-gülən tək-tük olar az nəfər,
Ümüdsüz bol, çöhrələrdə qəm, kədər,
Oxu hazır,dartılıbdır yayı da,
Necə edək, düz yoluna qayıda?

ŞAMİL

14.04.2023


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.355584