Saat:16:12
Haqqımızda

Nəbatət bağının vəzifədən uzaqlaşdırılan direktorunu Çovdarov və Mehdiyevlə nə bağlayıb? – ŞOK FAKTLAR

2022-08-15 21:29:00

Nəbatət bağının vəzifədən uzaqlaşdırılan direktorunu Çovdarov və Mehdiyevlə nə bağlayıb? – ŞOK FAKTLAR

Ramiz Mehdiyevin Azərbaycana vurduğu ziyanın aradan qaldırılması üçün hələ uzun illər keçməlidir. Onun bütün sahələrə “barmaq” etməsi və bu səbəbdən də  ölkənin sürətli inkişafına əngəl yaratması heç kimə sir deyil. Həyata keçirilən islahatlara baxmayaraq, təəssüflər olsun ki, hələ də Mehdiyevin kadrları müxtəlif dövlət qurumlarında vəzifə tutur. Lakin bu cür məmurların bir-bir vəzifədən uzaqlaşdırılması da göz qabağındadır.  

Bir vaxtlar Ramiz Mehdiyevin “taclandırdığı” Nəbatat bağının direktroru işdən azad olunub. Belə ki, MTN generalı Akif Çovdarovun “Zeytunluq olayı”nda adı hallanan, məhz bu hadisəyə görə jurnalistin döyülməsinə, Avropa institutlarının Azərbaycan iqtidarına qarşı müxtəlif ittihamlar irəli sürməsinə, ən pisi isə zeytunların kəsilməsi nəticəsində paytaxtın “ağciyər”lərinin sıradan çıxmasına səbəb olan Natiq Allahverdiyev tutduğu vəzifədən kənarlaşdırılıb.

Məlumata görə, Natiq Allahverdiyevin keçmiş MTN generalı Akif Çovdarovla ortaq biznesi olub. Paytaxtın “Zeytunluq” adlanan yaşıllıqlarının məhv edilməsi də ortaq biznesin bir hissəsi idi. Məqsəd isə həmin ərazidə yüksəkmərtəbəli binaların tikintisini həyata keçirmək olub. Hələ o vaxt yaşıllığın məhv edilməsi planını müzakirə edərkən, zeytunluqda Çovdarovla Allahverdiyevin fotosu çəkilib. Həmin foto mediada yayıldıqdan sonra Natiq Allahverdiyev Çovdarovun göstərişi ilə jurnalisti döydürüb. Nəticədə Azərbaycan dövləti beynəlxalq arenada çətin vəziyyətə düşüb. 2008-ci ildə cinayət məsuliyyətinə cəlb olunan və uzun müddət görünməyən Natiq Allahverdiyev isə Ramiz Mehdiyevin AMEA prezidenti təyin olunmasından sonra ortaya çıxıb.

Belə ki, Mehdiyev vaxtilə Çovdarovun ortağı olan və paytaxtın yaşıllığını binalar tikmək üçün məhv edən birini AMEA-nın Mərkəzi Nəbatat bağının baş direktoru vəzifəsinə irəli sürüb. Bununla da Mehdiyev “ikinci zeytunluq” faciəsinin başlanmasına rəvac verib. Çünki məqsəd Nəbatat bağının qorunması, inkişaf etdirilməsi yox, biznes məqsədilə istifadə olunması idi. Yoxsa bu sahəyə heç bir aidiyyatı olmayan, ABU-nun beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirən və zeytunluğu məhv etməsi ilə məşhurlaşan Natiq Allahverdiyev niyə bu vəzifəyə təyin edilsin ki?

Ramiz Mehdiyev paytaxtın “ağciyəri” hesab olunan Nəbatat bağını ələ keçirmək və orada göydələnlər inşa etdirmək istəyib. Bu işdə isə ona Allahverdiyev yardım etməli idi. Nəbatat bağının məhv edilməsi Bakını ekoloji fəlakətlə üz-üzə qoya bilərdi. Amma Mehdiyevin AMEA Prezidenti postundan uzaqlaşdırılması bu mənfur planı alt-üst etdi. Nəbatat Bağı AMEA-dan alınaraq icra hakimiyyətinə verildi. İndi isə planın tərkib hissəsi olan Natiq Allahverdiyev də vezifesinden uzaqlaşdırıldı.

Müşviq Tofiqoğlu,

KONKRET.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR