Saat:04:55
Haqqımızda

Nə yaxşı qayğımıza qalan DAXİLİ İŞLƏR NAZİR(LİY)İ var! – QARABAQ QAZİSİ YAZIR

2025-10-28 14:57:43

Nə yaxşı qayğımıza qalan DAXİLİ İŞLƏR NAZİR(LİY)İ var! – QARABAQ QAZİSİ YAZIR

DİN Hospitalı qaziləri dərmansız (da) sağaldır

Üç gündür məni hər gün evimdə arzulayan doğmalarımın arasındayam. Üç gündür bir də yolumun bura düşməməsini arzulayan  doğma insanlardan ayrılmışam.

33 ildir belədir, gələndə elə doğmalıq, elə diqqət və qayğı göstərirlər, gedəndə “yolun burdan uzaq olsun” deyirlər. DİN-in Arif Heydərov adına Hospitalını deyirəm. Sayğılı nazirimizin doğma ilgisini, diqqət və qayğısını ayrıca vurğulayım. Elə tapşırıq verib ki, Qarabağ qaziləri daimi diqqətdə, həkim nəzarətində olurlar. Burda daimi həkimim Natəvan xanım, şöbə müdirləri Samirə xanım, Ayğün xanım,…, bütün tibbi-texniki personalın diqqət və qayğısı ilə çevrələnirəm.2 həftə öncə də belə oldu, elə tibb ocağına girən kimi doğma ilgidən sağaldım, Natella, İradə.. tibb bacılarım Natəvan  həkimimin müalicə kursu ilə “gedib” “kosmosa” qalxan təzyiqimi “kosmonavt təzyiqi”nə endirdilər. Hospitalın rəisi Azər İsmayılovu, qəbul şöbəsinin müdiri Səadət xanımı, baş həkimin köməkçisi Aynurə xanımı heç zaman unutmaram. Təkcə onu deyim ki, Aynurə xanım gündə ən azı 3 dəfə mənə baş çəkir, özünün dediyi kimi, baş həkimin tapşırığına “üçqat-dördqat” əməl edirdi. Elə doğma ilgi gördüm ki, əsl HƏKİM, İNSAN, DOĞMA OCAQ QAYĞISI! DİN Şəxsi Heyətlə İş İdarəsi də daim maraqlanırdı, sayğılı nazirimin tapşırığı diqqətdən qıraqda qalmırdı. Bir sözlə özümü 33 il qabaq olduğu kimi doğma insanların arasında hiss etdim. Ağrılarla gəldim, ağrısız döndüm. Nə yaxşı ağrıyanda dərdimizə dərman olan DİN Hospitalı var! Nə yaxşı bizi sözsüz anlayan, dərdimizə yanan  DAXİLİ İŞLƏR NAZİR(LİY)İ var!

…Maliyyə Plan İdarəsi ilə Daxili Qoşunların da sayğılı nazirimin tapşırığına sayğı ilə yanaşacağı ümidi ilə

Məğrur BƏDƏLSOY

DİN-in 1-ci dərəcəli Qarabağ qazisi


Load Time (S) : 0.201526