Nə üçün ikinci dəfə bu mövzuya qayıtdım?! – ELDAR SABİROĞLU YAZIR

2021-09-14 17:08:00

Nə üçün ikinci dəfə bu mövzuya qayıtdım?! – ELDAR SABİROĞLU YAZIR

Əgər xatırlayırsınızsa, bu yaxınlarda Fransanın erməni əsilli prezidenti Emmanuel Makron(yan) barədə bir araşdırmam olmuşdu. Sosial şəbəkələrdə oxunuş sayı 100 000-i aşan bu araşdırmada onun əsl ana və atasının kim olduğunu tarixi faktlar əsasında müəyyən etmişdim.

Təpədən-dırnağa damarlarından erməni qanı axan Emmanuelin ana babası  Hrant Movsesoviç  Makronyan Türkiyənin Van şəhərində çalışdığı bankdan külli miqdarda pulu oğurlayaraq təzəcə yaranmış Daşnaksütyun Partiyasının maliyyələşdirilməsinə yatırır. Cinayətin və xəyanətin üstü açılarkən ağır cəzadan qorxub gizli yollarla İrəvana qaçır və bir neçə ildən sonra da  Fransaya köçərək ömrünün sonuna qədər orada məskunlaşır.

Hrant Makronyan Fransanın Amyen şəhərində erməni qəbristanlığında dəfn edilmişdir. Bankir babanın EMMA adlı qızından dünyaya gələn EMMAnuel körpəlikdən erməni ananın himayəsində böyüyür və oğluna erməni dilini də  ana öyrədir. Ona görə də Emmanuelin erməni dilində sərbəst danışması və yazması təsadüfi deyildir. Bu haqda geniş araşdırmam bir sıra saytlarda dərc edilmişdir. 

Nə üçün ikinci dəfə bu mövzuya qayıtdım? Fransanın erməni əsilli prezidentinin payızda ana vətəni İrəvana rəsmi səfəri gözlənilir. Guya ki, Dağlıq Qarabağ probleminin sülh şəraitində həll edilməsinə kömək məqsədi ilə yaradılmış  Minsk Qrupunun üzvü olan üç dövlətdən birinin-Fransa dövlət başçısının səfər zamanı hansı bəyanatlarla çıxış edəcəyi məlumdur. Hətta hansı dildə danışıb erməni sevgisi ilə alışıb yandığını müşayiət edəcəyik.

Gedib mənzil başına heç çatmasın. Hələ getməmiş artıq 4 bənddən ibarət şərti-Ermənistanın xeyrinə səsləndirəcəyi mövqeyi papkasında hazır vəziyyətdədir. Bu haqda mediada yayılan xəbərlərdən ictimaiyyət geniş məlumatlı olduğundan, təkrar edib başağrısı vermək istəmirəm. Bu gerizəkalı erməni hələ də bilmir ki, Azərbaycan onun və erməni babalarının təsəvvür etdiyi ölkə deyil. Azərbaycan bütün mənalarda dəyişmişdir. Güclü və qüdrətli, azad cəmiyyət qurmaq üçün indi bu ölkənin imkanları daha geniş xarekter almışdır. Makronyanlar və movsesyanlar artıq bu yolun qarşısına daş itələməkdə acizdirlər...

Eldar SABİROĞLU