"Nə baş verdi ki, London bu dəfə "əbədi maraqlarına" tərs addım atdı?" - ELXAN ŞAHİNOĞLU

2022-12-23 16:07:00

"Böyük Britaniyanın BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olması səbəbindən Londonun Azərbaycanla tərəfdaşlıqdan qopmamasına çalışmalıyıq"

"Böyük Britaniyanın dostu və düşməni yoxdur, əbədi maraqları var" bunu Böyük Britaniyanın böyükləri deyib. Böyük Britaniyanın Azərbaycanda iqtisadi maraqları olmasaydı, BP şirkətinin Xəzərdə böyük yatırımları və milyardlarla qazancı olmasaydı, bəlkə də bizim üçün Londonun Parisdən fərqi olmayacaqdı". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq bildirib ki, London İkinci Qarabağ müharibəsində Fransa kimi mövqe sərgiləmədi: "Ancaq nə baş verdi ki, London bu dəfə "əbədi maraqlarına" tərs addım atdı? Böyük Britaniyanın BMT Təhlükəsizlik Şurasındakı təmsilçisi eyni ilə digərləri kimi Azərbaycana "yolun açılmasıyla" bağlı çağırışa qoşuldu. Halbuki, Böyük Britaniyanın təmsilçisi balanslı mövqedən çıxış edə bilərdi. Etmədi. Görünür, Londondan təlimat belə imiş. Azərbaycanın Böyük Britaniyadakı səfiri kimdirsə, bu mövzuda ada rəsmiləri və diplomatlarıyla görüşlər keçirməli, Londonun mövqeyindəki dəyişikliyin səbəblərini öyrənməlidir".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin sözlərinə görə, Böyük Britaniyanın BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olması səbəbindən Londonun Azərbaycanla tərəfdaşlıqdan qopmamasına çalışmalıyıq.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.307267