Saat:03:48
Haqqımızda

“Nə Bakının, nə də İrəvanın Rusiyanın vasitəçiliyinə ehtiyacı yoxdur” - Rusiyalı politoloq

2023-12-09 14:54:10

“Nə Bakının, nə də İrəvanın Rusiyanın vasitəçiliyinə ehtiyacı yoxdur” - Rusiyalı politoloq

“Kreml artıq regiondakı vəziyyəti yox, özünü “dondura” bilər”

Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçılıq müharibəsinin Kreml üçün mənfi nəticələrindən biri də onun Cənubi Qafqaz da daxil olmaqla, dünyanın bir çox regionlarında nüfuzunu, hadisələrə əvvəlki tək təsir etmək imkanlarını getdikcə itirməsidir.

“Nə Bakının, nə də İrəvanın Rusiyanın vasitəçiliyinə qəti ehtiyacı yoxdur, onlar Rusiyanın Cənubi Qafqazdan çıxmasını təmin etməkdə həmrəydirlər”. 

Hurriyyet.az xəbər verir ki, bunu rusiyalı politoloq, Avrasiya İqtisadi İttifaqı İnstitutunun direktoru Vladimir Lepexin erməni mətbuatına müsahibəsində deyib.

Rusiyalı politoloq qeyd edib ki, Azərbaycanın Türkiyə də daxil olmaqla öz müttəfiqləri var, Ermənistan isə Qərbə doğru gedir. Ona görə də Rusiya bu dövlətlərdən heç birinə lazım deyil.

Lepexin hesab edir ki, Azərbaycan tərəfinin 32 erməni hərbçisini azad etməsi İlham Əliyevin Bakıya səfərə gəlmiş ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayenə və Entoni Blinkenə “hədiyyəsidir”.

Çünki Dövlət katibinin köməkçisi və Blinkenin özü bu səfərin nəticələrini göstərməkdə maraqlıdır: “Əliyev isə bunu çox gözəl anlayır… Əliyev bunu etdi - o, hərbçiləri azad etməyə və Ermənistanla dialoqa getməyə hazır olduğunu bəyan etdi.Hər kəs öz bonuslarını aldı. Amma ən böyük bonusu ABŞ aldı, o, vəziyyətə nəzarət etməsinə, bölgəyə sülhməramlı kimi daxil olmasına və Rusiyanın getməsinə sevinəcək”.

Politoloq istisna etməyib ki, Moskva buna cavab olaraq Rusiyada Ermənistanla Azərbaycan arasında görüş keçirmək təşəbbüsü ilə çıxış edə bilər: “Ancaq bu, heç nəyə gətirib çıxarmayacaq. Bu gün Rusiyanın Cənubi Qafqazla bağlı mövqeyi yoxdur, ona görə də bu cəhdlər mənasız olacaq”.

Onun sözlərinə görə, Rusiya artıq regiondakı vəziyyəti dondura bilməz: “Rusiya ancaq özünü dondura bilər, Rusiya Federasiyasından kənarda heç nəyi dondura bilməz. Əgər o, Cənubi Qafqazı tərk edirsə və ya oradan sıxışdırılırsa, o zaman nəyi və necə dondura bilər? Rusiyanın başqa problemləri var. O, getdikcə daha çox iqtisadi məsələlərlə məşğul olur. Bundan başqa, prezident seçkilərinə və eləcə də Ukrayna ilə bağlı danışıqlara hazırlıq gedir”.

Politoloqun fikrincə, Kreml üçün vacib olan öz problemlərini həll etməkdir, qalan hər şey ikinci dərəcəlidir.

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.205864