Nazpəri oğlunun ölümündən danışdı: “Deyirdi ki, yaşamaq istəmirəm” - Video

2022-07-28 15:58:00

Nazpəri oğlunun ölümündən danışdı: “Deyirdi ki, yaşamaq istəmirəm” - Video

Xalq artisti Nazpəri Dostəliyeva Baku TV-yə oğlunun vəfatından danışıb.

Sənətçi bildirib ki, Əli son nəfəsində 2 söz deyib:

“Heç zaman ağlıma gəlməzdi ki, övladımı itirim. Səhhətində problemlər yüngül-yüngül olurdu. Oğlumun ailəsində problemlər var idi. Dünyasını dəyişməzdən 2 il əvvəl artıq ayrılmışdılar. Bu bir növ qanla da bağlıdır. Onun ata nəsli ürək xəstəliyindən birdən-birə, tez, cavan dünyasını dəyişirdilər. Oğlumda problem yox idi. Boşanandan sonra onda birdən-birə elə bir problemlər yarandı ki... Gizlədirdi, heç kimə demirdi. Bircə onu deyirdi ki, ana mən yaşamaq istəmirəm.

Vəfat edəndə dediyi sözlər heç zaman qulağımdan getməz. Dedi ki, ana, haqqını halal et, sən səhnəyə çıxmalısan, səni sevənlərin var. Ondan sonra böyük sənətkarlar, evimə gəlib-gedənlər hamı bir səslə dedi ki, səs oxuyacaqsan, səhnəyə qayıdacaqsan...

Mən hər şeydən, öz həyatımdan, sənətdən uzaqlaşmaq istədim, amma balamın sözü yadıma düşdü: “Sən güclü qadınsan”. Çiləsi çox olan qadın həqiqətən güclü olur. Ürək edib səhnəyə qayıtdımsa, deməli mən güclüyəm”. 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.087338