Saat:23:22
Haqqımızda

Nazpəri: “Nəvəmin atasının harada olduğunu soruşması məni xəstəxanaya saldı” - VİDEO

2023-01-30 19:24:00

Nazpəri: “Nəvəmin atasının harada olduğunu soruşması məni xəstəxanaya saldı” - VİDEO

“Nəvələrim çox şirindir. Əkbər oğlumun bir oğlu, bir qızı, mərhum Əli oğlumun isə Tamerlan adlı bir oğlu var. O, hazırda Moskvada yaşayır. Onunla yalnız videozəng vasitəsi ilə danışa bilirəm”.
Hurriyyet.Az xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva qonaq olduğu “Söhbət musiqidən gedir” verilişində deyib.
Sənətçi Moskvada yaşayan mərhum oğlu Əlinin yeganə övladı Tamerlandan söz açıb.
Dostəliyeva bildirib ki, nəvəsinin atasının harada olduğu sualı onu xəstəxanaya belə salıb:
“Axırıncı dəfə nəvəm Tamerlanla danışdığım zaman mənə sual verdi. Artıq ona zəng edib, danışa bilmirəm. Dedi ki, atam haradadır? O, bu günə kimi atası Əlinin yoxluğunu bilmir. Bu sözləri ilə məni yenidən məhv etdi. Bunun izahı belə yoxdur. Hətta bundan sonra iki gün xəstəxanaya düşdüm. Bacım da yanımda idi. Özümdən asılı deyil. Onun sualı mənə məhv etdi.
Əlbəttə, Tamerlan böyüyəcək, öz nənəsini də tapacaq, atasının yatdığı torpağı da tanıyacaq, biləcək. Başqa cür mümkün deyil. O uşaq ömrümün bir üzüdür. Darıxsam da, gec-gec görsəm də, heç görməsəm də. Onu görə bilmirəm, uzaqdadır. Amma damarımda axan qanımdır. Məndən ayrı ola bilərmi? Heç zaman!”.
Qeyd edək ki, N.Dostəliyevanın böyük oğlu Əli Quliyev ötən il 41 yaşında ürək çatışmazlığından vəfat edib.

 


 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR