Saat:00:08
Haqqımızda

Nazpəri Dostəliyeva yenidən səhnəyə qayıtmasının səbəbini açıqlayıb: “Oxuduğum mahnılar taleyimə sirayət edib”

2024-01-30 11:44:44

Nazpəri Dostəliyeva yenidən səhnəyə qayıtmasının səbəbini açıqlayıb: “Oxuduğum mahnılar taleyimə sirayət edib”

“Nəvələrim üçün Xalq artisti Nazpəri Dostəliyeva, yaxud nənə olmağımın heç bir fərqi yoxdur. Mən onların özləri demiş “böyük mamalarıyam”. Onlar məni böyük ana kimi sevib, qiymətləndirirlər. Nəvələrim mənim həyatda ən çox sevdiyim əzizlərim, yaşam səbəblərimdir. Hər zaman məni çox istəyiblər. Bu günlərdə nəvəm Tamerlanın ad günü idi. Bilirsiniz ki, Tamerlan uzaqda yaşayır, Moskvada. Nə yaxşı ki, bu doğum günündə Bakıda oldu. Öz ailəmizdən ibarət Tamerlanın və qardaşlarım Ağəli və Məmmədin ad günlərini qeyd etdik. Təsadüfən üç doğum eyni vaxta düşmüşdü. Bir az sevindim, güldüm, ürəyim açıldı. Çünki Tamerlan mənim Əli balamın yadigarı, əvəzidir”.
 
Hurriyyet.az xəbər verir ki, Bunu “Moderator”a açıqlamasında Xalq artisti, sevilən müğənni Nazpəri Dostəliyeva deyib. Xalq artisti bildirib ki, pedaqoji fəaliyyətindən uzaqlaşıb.

“Məni yenidən səhnəyə qaytaran səbəb tamaşaçılarımın, sevənlərimin və televiziya işçilərinin böyük sevgisi oldu. Sanki həyatda yox idim, özümü axtarıb tapmaq istəyirdim, amma güc toplaya bilmirdim. O illərdə pedaqoji fəaliyyətlə məşğul olduğum Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən uzaqlaşdım, amma tamaşaçılarımdan uzaqlaşa bilmədim. Qadınlarımızı heç vaxt güclü görmək istəmirəm, xoşbəxt görmək istəyirəm. Güclü qadınların çiləsi çox olur”.

Xalq artisti səsinin övladı Əkbərə keçdiyini də bildirib:
 
“Əkbərin çox gözəl səsi var. Nə qədər ki, uşaq idi, solo konsertlərimdə onu oxudurdum. Böyüyəndən sonra onu məcbur edə bilmədim. Çəkinir, utanır. Öz peşəsini seçdi. Rusiyada və Azərbaycanda bir neçə təhsil alıb”.
 
Xalq artisti bildirib ki, oxuduğu mahnılar sonradan taleyinə sirayət edib:
 
“Bütün mahnılarımı özümünküləşdirib ifa etmişəm. Onlar mənə hopub, bağlanıb. Ağlıma da gəlməzdi ki, bəzi mahnılarım sonradan öz həyatıma həsr olunacaq. Mən nə bilirdim ki, başıma belə hadisələr gələcək və illər sonra onları ifa edəcəyəm?! Olanları, baş verənləri yaşayıb oxumuşam”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR