Nazirliyin qapısını qıran qazi haqqında ŞOK MƏLUMAT: Təkərlərin arasında...

2022-06-16 14:05:00

Nazirliyin qapısını qıran qazi haqqında ŞOK MƏLUMAT: Təkərlərin arasında...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında keçirilən aksiya zamanı qapını sındıraraq içəri daxil olan Elçin Verdiyev haqqında yeni məlumatlar məlum olub.

Hurriyyet.az xəbər verir ki, Cebhe.info-ya bu barədə Gənc Qazilər İctimai Birliyinin sədri Hacı Vəliyev məlumat verib.

Hacı Vəliyev bildirib ki, həmin qazinin psixoloji problemləri var və o, bir müddət öncə özünə evcik qurub təkərlərin arasında yatırmış:

"Təxminən 7-8 ay bundan öncə Hövsan qəsəbəsidən zəng vurdular ki, köhnə hərbi hissənin ərazisində, təkərlər yığılan yerdə bir qazimiz özünə evcik qurub yatır. Həmi qazi nazirliyin qapısını qıran Elçin Verdiyev idi. İnsanlar ona yaxınlaşıb kömək təklif edəndə qaçırdı. Onun həm psixoloji problemləri var, həm də evsizdir. Biz o zaman Elçini gedib orada tapdıq və sənədlərinə baxıb gördük ki, həqiqətən də qazimizin müalicəyə ehtiyacı var. Onun müalicəsinə başladıq və bloger Elçin Lənbərənskinin dəstəyi ilə onu kirayəyə yerləşdirdik. Sonra eşitdik ki, yenidən ağrıları tutub və gedib yenidən təkərlərin arasında qalır. Biz o qazini yenidən mülicəyə cəlb etdik”.

Qeyd edək ki, bir müddət öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında keçirilən aksiyada iştirak edən qazi Elçin Verdiyevə sözügedən hadisədən sonra əlillik dərəcəsi təyin edilib.

Həmçinin aksiya zamanı binanın mühafizəsində iştirak edən polis qapını sındıraraq içəri daxil olan Elçin Verdiyevi qucaqlamışdı. Polisin bu jesti sosial şəbəklərdə kifayət qədər rəğbətlə qarşılanmışdı.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya