Saat:01:57
Haqqımızda

NAZİRLİKDƏ YOXLAMA: Qanunsuzluqlar aşkarlandı

2022-05-21 11:39:00

NAZİRLİKDƏ YOXLAMA: Qanunsuzluqlar aşkarlandı

Hesablama Palatası tərəfindən Gənclər və İdman Nazirliyi və tabeliyində olan qurumlar (seçmə qaydada) tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının və istifadəsinin auditinin nəticələri məlum olub.

Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, audit zamanı məlum olub ki, nazirlik tərəfindən xarici ölkələrdə təlim-məşq toplantıları və müxtəlif yarışlarda, həmçinin Tokio-2020 Olimpiya oyunlarında iştirakla bağlı, eləcə də müvafiq müraciətlər əsasında federasiyalara ayrılmış vəsaitlər üzərində inzibatçılıq demək olar ki, tətbiq edilməyib, vəsaitlərin istifadəsi ilə bağlı hesabatlılıq təmin olunmayıb. Belə ki, bağlanmış müqavilələr çərçivəsində federasiyalar tərəfindən təsdiqedici və əsaslandırıcı sənədlər bəzi hallarda ümumiyyətlə təqdim olunmayıb, bir sıra hallarda isə düzgün tərtib edilməyib, bəzi hallarda isə təqdim edilmiş sənədlər əsaslı olmayıb. Qeyd edilənlər, eyni zamanda Nazirliyin debitor borclarının da məbləğinin artımına təsir göstərib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR