Nazirlik məktəbli formaları ilə bağlı GÖSTƏRİŞ VERDİ

2022-08-11 10:50:00

Nazirlik məktəbli formaları ilə bağlı GÖSTƏRİŞ VERDİ

Elm və Təhsil Nazirliyi tərəfindən orta təhsil müəssisələrinə məktəbli formalarının seçimilə bağlı göstəriş verilib.
Redaktor.az-ın əldə etdiyi məlumata görə, direktorlar bu barədə sinif rəhbərlərinə məlumat veriblər.

Bildirilib ki, məktəbli formaları üçün bir neçə rəng seçimi olsa da, ağ və göy, açıq və tünd xaki rənglərindəki geyimlərə üstünlük verilib.
Göstərişdə birinci sinif şagirdləri üçün yeni məktəbli formalarından istifadənin mütləq olduğu diqqətə çatdırılıb. Həmçinin vurğulanıb ki, digər siniflər üzrə bir il müddətində əvvəlki formalardan istifadəyə icazə verilir. Lakin növbəti ildən bütün siniflərdə yeni məktəbli formalarından istifadə məcburi olacaq (modern.az) .


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060932