Saat:09:17
Haqqımızda

Nazirlik Mehmet Sürkitin şirkətindən benzin alır – Əvvəllər Talıbovlara məxsus olub

2024-04-29 17:15:16

Nazirlik Mehmet Sürkitin şirkətindən benzin alır – Əvvəllər Talıbovlara məxsus olub

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “NP Petrol” MMC (VÖEN - 0200341361) ilə satınalma müqaviləsi imzalayıb.

Hurriyyet.az xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqaviləyə görə Naxçıvan İqtisadiyyat Nazirliyi “Aİ-95” markalı avtomobil benzininin satın alınması üçün “NP Petrol”a 5 min 760 manat ödəyəcək.

Qeyd edək ki, “NP Petrol” MMC 1 fevral 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 60 000 manat olan şirkətin hüquqi ünvanı Naxçıvan şəhəri Əliabad qəsəbəsində yerləşir. MMC-nin qanuni təmsilçisi Aziz Hasan Surkitdir.

Qeyd edək ki, “NP Petrol” MMC-nin adı daha əvvəl “Nəxşicahan Holdinq LTD Şirkətlər Qrupunun “N.P.-2” MMC olub. Ötən ilin may ayında Naxçıvanda dövlət qeydiyyatına alınan aşağıdakı 9 şirkət ləğv olunaraq bu şirkətə birləşib.

“Nəxşicahan Holdinq LTD Şirkətlər Qrupunun “N.P.-1” firması (VÖEN - 0200067021)
“Nəxşicahan Holdinq LTD Şirkətlər Qrupunun “N.P.-3” MMC (VÖEN - 0900057971)
“Nəxşicahan Holdinq LTD Şirkətlər Qrupunun “N.P.-4” MMC (VÖEN - 0600551681)
“Nəxşicahan Holdinq LTD Şirkətlər Qrupunun “N.P.-6” MMC (VÖEN - 0701003621)
“Nəxşicahan Holdinq LTD Şirkətlər Qrupunun “N.P.-5” MMC (VÖEN - 0201371561)
“Nəxşicahan Holdinq Şirkətlər Qrupunun “Sədərək petrol” MMC (VÖEN - 0500061641)
“Nəxşicahan Holdinq Şirkətlər Qrupunun “Şahbuz petrol” MMC (VÖEN - 0800129161)

“Nəxşicahan Holdinq Şirkətlər Qrupunun “Şərur yanacaq doldurma məntəqəsi” MMC (VÖEN - 0700035651)
“Mest-10” MMC (VÖEN - 0701261651)

Məlumat üçün bildirək ki, “Nəxşicahan Holdinq LTD Şirkətlər Qrupunun “N.P.-2” MMC adı “NP Petrol” MMC olmazdan əvvəl nizamnamə kapitalı 5 manat olub. Hüquq ünvanı isə Naxçıvan şəhəri Heydər Əliyev pr., 2, ev 26-da yerləşib. MMC-nin qanuni təmsilçisi də Həsənov Mehman İman oğlu olub.

Şirkət ötən il Türkiyənin İğdır bölgəsinin tanınmış iş adamlarından olan Mehmet Sürkitə məxsus “Sürkit” Şirkətlər Qrupuna satılıb.

Onu da qeyd edək ki, vaxtı ilə Naxçıvanda “Nəxşicahan” adları ilə mövcud olmuş onlarla şirkətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olması ilə bağlı mətbuatda çoxsaylı yazılar yayımlanıb.

yeniavaz.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.182401