Saat:04:54
Haqqımızda

Nazirlik icra hakimiyyətinin vəzifəli şəxsini məhkəməyə verdi - SƏBƏB

2024-05-13 09:35:28

Nazirlik icra hakimiyyətinin vəzifəli şəxsini məhkəməyə verdi - SƏBƏB

Elm və Təhsil Nazirliyi (ETN) Kəlbəcər Rayon İcra Hakimiyyətinin (RİH) vəzifəli şəxsini məhkəməyə verib.

Hurriyyet.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, nazirlik RİH-in Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə İş şöbəsinin böyük məsləhətçisi Nəsimi Muxtarova qarşı məhkəmədə iddia qaldırıb.

İşin mahiyyəti açıqlanmasa da, icraata götürülüb. İddia Kəlbəcər Rayon Məhkəməsində hakim Həsən Qəniyevin sədrliyi ilə araşdırılacaq.

İqtisadiyyat.az məhkəmə işinin mahiyyətini öyrənmək üçün Nəsimi Muxtarovla əlaqə saxlayıb.

O isə məhkəməyə verilməsinin səbəbləri barədə açıqlama vermək istəməyib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.185281