“Nazirlik həmin videonu görməyib?” - Polkovnik DANIŞDI

2023-04-13 16:03:00

“Nazirlik həmin videonu görməyib?” - Polkovnik DANIŞDI

Xəbər verdiyimiz kimi, erməni mediası itkin düşən əsgərimiz Axundov Hüseyn Əhliman oğlunun əsir götürülmə anının görüntülərini paylaşıb. Qeyd edilib ki, əsgər Qafan rayonu ərazisində ələ keçirilib.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Musavat.com-a açıqlamasında bildirib ki, görüntülər Müdafiə Nazirliyi tərəfindən təsdiqlənməyib.

“Nazirlik həmin foto, videonu görməyib? Ermənilər yayıblar, biz də buna şərh verməliyik. Əsgərimizin əsir düşməsi barədə rəsmi məlumat yoxdur. Biz ermənilərin yaydığı informasiyanı yaymalı deyilik”, - polkovnik qeyd edib.

Xatırladaq ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Ordusunun itkin düşən iki əsgəri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib. Bildirilib ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və digər aidiyyəti dövlət qurumları tərəfindən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu ilə bağlı zəruri axtarış və araşdırma işləri davam etdirilir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.191329