Saat:01:55
Haqqımızda

Nazirlik də internetlə bağlı məlumat yaydı

2024-02-07 16:43:23

Nazirlik də internetlə bağlı məlumat yaydı

“Ölkədə internetlə əlaqədar heç bir çətinlik yoxdur və xidmət ən yüksək səviyyədə təmin olunur”.

Hurriyyet.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkədə yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir:

“Görülən işlərin nəticəsidir ki, ümumilikdə internet xidmətinin təminatı istiqamətində heç bir çətinliklər müşahidə olunmur.

Qeyd edək ki, bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin aidiyyəti qurumları əhalinin müvafiq xidmətlərlə, o cümlədən internetlə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərir”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR