Saat:23:54
Haqqımızda

“Nazirlik atamın ölümünü gözləyir…” – OĞUZ SAKİNİNDƏN MÜVAFİQ QURUMLARA MÜRACİƏT/ VİDEO, FOTO

2024-02-22 15:27:07

“Nazirlik atamın ölümünü gözləyir…” – OĞUZ SAKİNİNDƏN MÜVAFİQ QURUMLARA MÜRACİƏT/ VİDEO, FOTO

Oğuz şəhəri, Nizami küçəsi d 1, ev 1 ünvanında yaşayan Poladova Sofya Vilyam qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi məktubunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən narazılığını bildirir:

“Mən, Poladova Sofya Vilyam qızı, sizə atam Poladov Vilyam Aleksandr oğlu ilə bağlı müraciət edirəm. Hansı ki, atam gözümün qabağında olmazın əziyyət çəkir. Amma nazirlik əməkdaşları bizi get-gələ salırlar.

Bildirim ki, atam gözümüzün qabağında 4 il 4 aydır yataq xəstəsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Oğuz və Şəki filiallarından bildirirlər ki, xəstəyə I qrup əlillik dərəcəsi verilməlidir. Lakin Qəbələ filialı isə, işimizi çətinə salaraq, bizi və xəstəni incidirlər(Xəstənin vəziyyəti barəsində sizə şəkillər göndərirəm).

Şəkillərdən də görünür ki, atam günü-gündən geri gedir, nazirlik deyəsən, sadəcə onun ölümünü gözləyir.

Bu yazını oxuyan bütün səlahiyyətli qurumlardan xahiş edirəm, atamın haqqı olan I qrup əlillik dərəcəsi almağımızda bizə kömək edin. Əli-ayağı üstündə olan şəxslər I qrup ala bilirlər, amma mənim atama, baxıma möhtac olduğu halda, I qrup əlillik vermirlər. Mən müvafiq qurumlardan çox xahiş edirəm ki, mənim atam kimi yeriyə bilməyən, baxıma möhtac olan xəstələrə yardımcı olmağa çalışın, onları həyatdan küsdürməyin. Allahdan onlara verilən xəstəliklərin üzərinə dərd yükləməyin.

Bir daha xahiş edirəm, atamın vəziyyətində olan xəstələrə kömək olun”.

Jalə FAMİLQIZI

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirildi ki, məsələ araşdırılacaq və bu haqda şikayətçiyə məlumat veriləcək.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR