Nazirlik AMEA-da təmizləmə işi aparmalıdır - Vahid Əhmədov

2022-07-29 17:30:00

Nazirlik AMEA-da təmizləmə işi aparmalıdır - Vahid Əhmədov

“Cənab Prezidentin elm və təhsil sahəsindəki yeni fərmanı Azərbaycanın gələcəyi üçün böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, akademiya çoxdan ləğv edilməli, Elm və Təhsil Nazirliyi yaradılmalı idi”.

Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

Millət vəkili bildirib ki, dünya təcrübəsinə görə çox yerdə Milli Elmlər Akademiyası yoxdur: "İnstitutların tərkibində fəaliyyət göstərən müəyyən sahələr var. O sahələr üzrə də tədqiqatlar aparılır. Eyni zamanda həmin tədqiqatların çoxunu satır, maliyyə əldə edirlər. AMEA son illər faktiki olaraq elmi sahədə heç bir ciddi uğurlara nail olmayıb. Dövlət büdcəsindən kifayət qədər vəsait ayrılıb, amma nəticəsi olmayıb”.

V.Əhmədovun sözlərinə görə, hazırda əsas məsələ nazirliyin orada təmizləmə işləri aparmasıdır:

“Son vaxtlar AMEA siyasi orqana çevrilmək istəyirdi. Yəni, burada siyasi məsləhətləşmələr və yaxud müəyyən məsələlər vardı. Ona görə də akademiyanın saxlanılması qeyri-mümkün idi. Əlbəttə ki, akademiyada çox dəyərli insanlar var. Təbii ki, onlar dövlət tərəfindən yerləşdiriləcək. Hansı ki, düz yolda deyildilər, Azərbaycanın müstəqilliyinin əleyhinə gedir, inkişafını istəmir, bir sıra xarici qurumlarla əlaqələr quraraq sabitliyi pozmağa çalışırdılar, DTX məhz onları araşdırır. Həmin insanlar da yəqin ki, kənarlaşdırılacaq. Nazirlik orada təmizləmə işi aparmalıdır. Hansı kadrlar Azərbaycan dövləti, müstəqilliyi üçün əhəmiyyət daşıyırsa, onlar işinə davam etməli, qalanları isə yavaş-yavaş vidalaşmalıdırlar”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.063110