Saat:23:30
Haqqımızda

Nazirlərin Tehran görüşü – Nələr müzakirə ediləcək?

2022-07-04 10:45:00

Nazirlərin Tehran görüşü – Nələr müzakirə ediləcək?

Tehran Türkiyə-İran-Azərbaycan üçtərəfli əməkdaşlıq formatı çərçivəsində xarici işlər nazirlərinin növbəti toplantısına ev sahibliyi edəcək. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Türkiyəli nazir qeyd edib ki, tərəflər görüşü bu il ərzində keçirmək istəyir. Ancaq Çavuşoğlu görüşün dəqiq tarixini açıqlamayıb.

Politoloq, siyasi elmlər doktoru, Cümşüd Nuriyev sözügedən görüşdə müzakirə edilə biləcək məsələlər barədə danışıb. 

Onun sözlərinə görə, Tehranda keçiriləcək üçtərəfli görüş “3+3” formatı ilə bağlı görüşə hazırlıqdır:

“Gürcüstan hələlik bu işlərə qoşulmur, amma Türkiyə və Azərbaycanın İranla müzakirə olunmalı çox məsələləri var. Təbii ki, burada dini müstəvidən söhbət gedə bilməz, daha çox iqtisadi-siyasi, idealoji və hərbi istiqamətdə danışıqlar nəzərdə tutulur. Məlum görüşün əsas məqsədi odur ki, İran onsuz da çox ciddi blokadadır və gərək bir az fikirləşsin, indiki durumunu nəzərə alsın. Rəsmi Tehran qonşuları ilə olan münasibətlərinə yenidən baxmalıdır. İranda dövlət səviyyəsində olmasa da, ayrı-ayrı dövlət qurumları səviyyəsində həm Türkiyə, həm də Azərbaycana qarşı təxribatlar tez-tez gündəmə gəlir. İranın bu durumu idarə edə bilməməsi pisdir, yox əgər idarə edə bilirsə, niyə ölçü götürmür? Cənub qonşumuzun müəyyən qüvvələri var ki, onlar müxtəlif dövlətlərə xidmət edir. “5-ci kalon”dan biri də ermənilərdir və təəssüf ki, hazırda İranın müəyyən qrupları ermənilərdən yararlanmağa çalışırlar. Ola bilsin ki, onların maliyyə imkanlarından yararlanacaqlar. Çünki İranda iki böyük şirkət var: Akopyan və Mxitaryan. Hər iki şirkət İranın xarici ticarətində kifayət qədər rol oynayır, eyni zamanda idxalda da onların üstünlükləri var. Biri qida, digəri dəri, qızıl kimi malları dünya bazarına çıxarırlar. Bir sözlə, böyük maliyyə imkanlarına malikdirlər və onlardan yaralanmaq istəyən qüvvələr çoxdur”.

C.Nuriyev qeyd edib ki, İran bütün hallarda 3 müsəlman dövlətini üz-üzə qoymaq istəyənlərə “dur” deməlidir:

“Əks-təqdirdə İran təklənə bilər, onsuz da ciddi problemləri var. Fikrimcə, Tehranda baş tutacaq üçtərəfli görüşdə bu məsələlər masada olacaq. Eyni zamanda qonşuluqla əlaqədar mövzular da müzakirə obyekti ola bilər. Nəzərə alsaq ki, İran artıq öz sərhəddini bağlayır, xüsusilə də Naxçıvana gedən soydaşlarımızla bağlı müəyyən problemlər yaranacaq. İnanıram ki, bütün bunların fonunda görüşün böyük siyasi əhəmiyyəti var”.

Sfera.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR