Saat:16:15
Haqqımızda

Nazirlər Kabineti onlayn nəzir qaydalarını HAZIRLAYIR – Rəsmi AÇIQLAMA

2022-11-25 14:22:00

Nazirlər Kabineti onlayn nəzir qaydalarını HAZIRLAYIR – Rəsmi AÇIQLAMA

Azərbaycanda fəaliyyət göstərən məscidlərdəki nəzir qutularına yığılan ianələrin hesabatı hər zaman müzakirə mövzusu olub. İllərdir nə toplanan ianələr barədə hesabat verilir, nə də təyinatı üzrə hara sərf olunduğu açıqlanır.

Qafqaz Müsəlmanları İdarəsi bu günə qədər balansında olan yüzlərlə məscidin nəzir qutularına yığılan ianələr haqda maliyyə hesabatı verməyib.

Halbuki vaxtilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev təkcə Bibiheybət məscidinə aylıq 400 min manat nəzir yığıldığını söyləmişdi. O zaman da bu məsələnin üstünə gedilmədi və hesabatı sorğulanmadı. Halbuki bir məsciddə nə az, nə çox yarım milyona yaxın məbləğin yığılması olduqca ciddi rəqəmdir. 

Ən azından hansısa ağır xəstənin müalicəsinin, əməliyyatının qarşılanması, yaxud valideynlərini itirmiş tələbənin təhsil xərclərinin ödənilməsi, qazi və şəhid ailələrinə dəstək olunması, kimsəsiz və tənha insanlara yardım edilməsi faktına rast gəlinməyib. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Yaqut Əliyeva qaydaların Nazirlər Kabineti tərəfindən hazırlandığını, hələki təsdiqlənmədiyini bildirib.

Qeyd edək ki, bu ilin fevral ayında ianə və nəzirlərin onlayn formada karta köçürülməsi ilə bağlı qərar verildi. Hansı ki, bu yığıma birbaşa Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzarət edəcək.

Amma 9 aydır  nə onlayn nəzirlə bağlı mexanizmlər, ianə və nəzirlərin köçürülmə qaydaları açıqlanır, nə də hesabatlılıq məsələsinin necə tənzimlənəcəyi barədə məlumat verilir. Xatırladaq ki, Azərbaycanda onlayn nəzir verilməsi "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR