Nazirdən məktəblərdə toplanacaq ianə ilə bağlı açıqlama — VİDEO

2022-04-29 10:17:00

Nazirdən məktəblərdə toplanacaq ianə ilə bağlı açıqlama — VİDEO

"Cəmiyyət bunu ianə fondu kimi başa düşür. Təəssüf ki, bu belə deyil. Söhbət ailə -məktəb birgə qurumlarından gedir".

Bu fikirləri təhsil naziri Emin Əmrullayev məktəblərdə valideynlərin ianə etmələri üçün xüsusi fond qurulacağı idialarına cavab verərkən belə deyib.

Nazir dünyanın müxtəlif ölkələrində belə modellərin tətbiq olunduğunu bildirib.

Təhsil naziri məktəblərdə müəllimlərin şalvar geyinməsi məsələsinə də münasibət bildirib.

Emin Əmrullayev informatika fənninin qəbul imtahanlarına salınacağını qeyd edib. Nazir bunun  ilk növbədə informatika elmləri üzrə imtahan verəcək abituriyentlərə şamil olunacağını vurğulayıb.

Təhsil naziri məktəblərdə şagirdlərin bullinqə məruz qalması ilə bağlı bir neçə min müəllimin təlim prosesi keçdiyindən də danışıb. Onun sözlərinə görə, təlimat formaları da hazırdır. Pandemiya şəraitinə görə həmin formaların tətbiqində müəyyən problemlər yaşandı. Yeni tədris ilindən bir neçə məktəbdə pilot qaydada bunun tətbiqi planlaşdırılır.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya