Nazirdən çağırış: Ziyanlı prosedurlardan uzaq durun!
2024-12-12 13:32:26
İnsanlara süni və yanlış gözəllik standartları təlqin edilir.
Hurriyyet.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
O, sağlam, qüsursuz insanları lazımsız, ziyanlı prosedurlardan uzaq durmağa çağırıb:
"Gəlin gözəllik anlayışını tam anlayaq. Bilirsiniz ki, tələb təklif doğurur. İnsanlar plastik əməliyyatlara meyil edir. Düşünürəm ki, bu istiqamətdə maarifləndirmə aparılmalıdır"./Axar.az/
