Saat:06:10
Haqqımızda

Nazir xəzinədarlıqları ləğv etdi

2025-06-12 16:35:54

Nazir xəzinədarlıqları ləğv etdi

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyinin Xəzinadarlıq İdarələri və yerli bölmələri ləğv edilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə nazir Sahil Babayev əmr imzalayıb. 

Paytaxtda da mövcud olan 11 Xəzinədarlıq İdarəsi ləğv olunub və işçilər sərəncama götürülüb. 

Yalnız Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyinin 2 saylı Xəzinədarlıq İdarəsi saxlanılıb. Sözügedən qurumun rəisi Yəhya Muradov vəzifəsindən azad edilib və yerinə Etibar Muradov təyin olunub. 

Yaxın vaxtlarda xəzinədarlıq idarələri birləşdirilərək, regional idarələr kimi fəaliyyət göstərəcək.

Qaynarinfo.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.167465