Nazir xanım müavininin rəqs videosundan DANIŞDI - VİDEO

2022-05-13 12:35:00

Nazir xanım müavininin rəqs videosundan DANIŞDI - VİDEO

Gənclər və idman naziri Fərid Qayıbov müavini Mariana Vasilevanın haqqında bir müddət əvvəl yayılmış rəqs videosuna münasibət bildirib.

Hurriyyet.az xəbər verir ki, o, “ASAN Radio”ya açıqlamasında görüntülərin bilərəkdən yayıldığını deyib:

“O videonun yayılması düşünülmüş şəkildə edilmişdi. Bu, bir balaca adama toxunur. Həmin video sosial şəbəkələrdə yox idi. Orada olan bir nəfər onu yaymışdı. Təbii ki, həmin adamın kimliyini bilirik. Şəxsi videonu paylaşmazdan əvvəl onu soruşmaq lazımdır.

Mən nazir müavini ilə artıq 2008-ci ildən bəri bir yerdə işləyirəm. Bir yerdə bu yolu gəlmişik. Ondan çox razıyam, böyük işləri bərabər görmüşük. İşlərimdə hər zaman mənə dəstək olub”.

Qeyd edək ki, Mariana Vasileva nazir müavini təyin ediləndən sonra onun bədii gimnastika millisinin baş məşqçisi işlədiyi vaxt etdiyi rəqsin videosu yayılmışdı və görüntülər sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olmuşdu.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya