Nazir virusa yoluxub
2025-05-13 22:17:08

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusa (COVID-19) yoluxub.
Hurriyyet.Az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Qeyd olunub ki, nazir Bakıda keçirilən “Caspian Agro” sərgisi ilə əlaqədar COVID-19 testi verib.
“Testin nəticəsi müsbət çıxıb. Ona görə də nazir sərgidə iştirak edə bilməyib”, - qurumdan bildirilib.
