Saat:04:26
Haqqımızda

Nazir test tapşırıqları ilə bağlı narazılığa MÜNASİBƏT BİLDİRDİ

2021-07-24 22:20:00

Nazir test tapşırıqları ilə bağlı narazılığa MÜNASİBƏT BİLDİRDİ

"2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu imtahanlarında namizədlərə təqdim olunmuş test tapşırıqları haqqında sosial mediada yayılmış narazılıqlardan məlumatlıyıq".

Bunu Təhsil naziri Emin Əmrulllayev öz feysbuk hesabında yazıb.

Nazir bildirib ki, bunları nəzərə alaraq, ekspert komissiyası tərəfindən test tapşırıqlarının müxtəlif seanslar üzrə müqayisəli elmi-statistik təhlili aparılacaq:

"Araşdırmaların nəticəsinə əsasən növbəti 3 gün ərzində müvafiq qərarlar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq". \\Qafqazinfo

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR