Nazir Soylu ABŞ-ın səfirliyinə cavab verdi: “PKK terrorçusuna ağı deyirdiniz... Heç səmimi deyilsiniz”

2022-07-28 13:49:00

Nazir Soylu ABŞ-ın səfirliyinə cavab verdi: “PKK terrorçusuna ağı deyirdiniz... Heç səmimi deyilsiniz”

Hurriyyet.az Türkiyənin “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu ABŞ-ın Ankaradakı səfirliyinin “Tvitter” hesabında yaydığı “Terrorla mübarizədə həyatını itirən türk əsgərlərinin ailələrinə başsağlığımızı çatdırırıq” açıqlamasına münasibətini bildirib. Süleyman Soylu səfirliyin başsağlığı ilə bağlı “Heç səmimi deyil” fikrini bildirib.

ABŞ səfirliyinin açıqlamasında deyilir: “ABŞ səfirliyi olaraq, son dövrdə terrorla mübarizə əməliyyatlarında həlak olan türk əsgərlərinin ailələrinə və yaxınlarına başlağlığı veririk. NATO müttəfiqimiz olan Türkiyənin terrorla mübarizəsini dəstəkləyirik”.

Türkiyənin Daxili İşlər naziri “Tvitter” hesabındakı açıqlamasında ABŞ Mərkəzi Qüvvələr Komandanlığının PKK/PYD terror təşkilatı üzvü üçün başsağlığı verdiyini xatırladaraq yazıb: “Heç səmimi deyil. PKK komadirinə rəsmən ağı deyən ABŞ rəsmi məqamlarının şəhid olan qəhrəmanlarımızla bağlı başsağlığı verməsi onları hiyləgərcəsinə terror təşkilatı ilə bərabər tutmaq səyidir. Heç səmimi deyil...”

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057485