Nazir onları müşavir vəzifəsinə təyin etdi
2023-03-10 16:04:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin sədrinə yeni müşavirlər təyin edilib.
Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, nazir Sahil Babayevin müvafiq əmri ilə Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı departamentinin müdiri Fuad Mehdizadə vəzifəsindən azad olunaraq, sədrin müşaviri təyin olunub.
Peşə hazırlığı departamentinin müdiri isə Rəsulova Mehriban Mehman qızı təyin edilib.
Nazirin digər əmri ilə Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan Nümayəndəliyinin sabiq rəhbəri Səftər Rəhimli də Dövlət Məşğulluq Agentliyi sədrinin müşaviri təyin olunub.
Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyinin sədrinin müşavirlərinin sayı 5, köməkçilərin sayı isə 2 nəfərdir.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya