Nazir müavininin qızı “ilin ən yaxşısı” seçildi – FOTO

2022-12-27 12:14:00

Nazir müavininin qızı “ilin ən yaxşısı” seçildi – FOTO

Gənclər və İdman Nazirliyi “İlin yekunları”na dair tədbir keçirib.

Hurriyyet.az xəbər verir ki, tədbirdə 2022-ci ilin ən yaxşıları mükafatlandırılıb. 

İlin ən yaxşı məşqçiləri nominasiyasında 3 nəfər fərqlənib. “Qarabağ”la avrokuboklarda uğurlu nəticələr əldə edən Qurban Qurbanov, Avropa çempionu olan yunan-Roma güləşi üzrə millinin məşqçisi Aleksandr Tarakanovla yanaşı, bədii gimnastika yığmasının məşqçisi Siyana Vasileva da seçilənlər arasında yer alıb. 

 

Onun mükafata layiq görülməsindən sonra kimliyi barədə sosial şəbəkələrdə müzakirələr aparılıb. Siyana Vasileva gənclər və idman naziri Fərid Qayıbovun müavini Mariana Vasilevanın qızıdır.

Qeyd edək ki, nazir müavininin qızının ən yaxşı məşqçilər siyasında yer alması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.


Vasilevanın 26 yaşı var. Siyana 2 il öncə keçirilən yarışlarda aldığı zədədən sonra idmançı karyerasını başa vurub. Bundan sonra isə o, məşqçiliyə başlayıb. Qrup hərəkətləri üzrə milli komandanın məşqçisi  olub və hazırda da bu fəaliyyətinə davam edir.

Onun rəhbərliyi altında komanda Bolqarıstanda keçirilən dünya çempionatında bürünc medal qazanmışdı.

Həmçinin, komanda İsrailin Təl-Əviv şəhərində keçirilən bədii gimnastika üzrə Avropa çempionatında çoxnövçülük yarışlarında bürünc medala layiq görülüb.













Bizim.Media


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.150287