Saat:20:08
Haqqımızda

Nazir maaşına əlavələr ABŞ-da biznes qurmağa yetirmi? - Məmmədyarovun qeyri-səmimiliyi

2024-05-16 14:03:46

Nazir maaşına əlavələr ABŞ-da biznes qurmağa yetirmi? - Məmmədyarovun qeyri-səmimiliyi

Fikrət Yusifov: “Nazirin maaşı ilə xaricdə nəinki villa, adi mənzil alması da mümkünsüzdür”

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov artıq evdən işləmir. O, son vaxtlar fəallaşıb, kitab çap etdirir və mediada tez-tez görünür, müsahibələr, şərhlər verir. Məmmədyarov son olaraq İTV-yə müsahibəsində övladlarının biznesi, ABŞ-da mülk almaları məsələsinə də toxunub, amma qeyri-səmimi şəkildə.

Dediyindən belə çıxıb ki, ABŞ-da evi, qurduqları biznesi sadəcə maaşı ilə əldə edib.     

O bildirib ki, aldığı pul onu qane edirdi: “Aldığım maaşa əlavələr də olunurdu. Mənim səfir diplomatik rütbəmə, həm də nazir kimi digər xərclərə görə əməkhaqqıma olunan əlavələri və təchizat xərclərini də nəzərə alsaq, aldığım məbləğ kifayət qədər münasib idi. Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam? Ümumiyyətlə deyə bilərəm ki, mənim sıxıntım olmayıb. Həyatım boyu kasıb insan olmamışam. Atam akademik idi, mən hələ 1988-89-cu illərdə Sovet İttifaqında dollarla maaş alırdım”.

Fikrət Yusifov da prezidentliyə namizəd oldu-AÇIQLAMA

Fikrət Yusifov

Sabiq nazir onu da əlavə edib ki, 13 ilə yaxın bir müddətdə Birləşmiş Ştatlarda yaşayıb və hər zaman yüksək əməkhaqqı alıb.

Məmmədyarov düzmü danışır? Nazir maaşına əlavələr ABŞ-da mülk almağa, övladlarına xaricdə mülklər almağa yetirmi? 

Sabiq maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a deyib ki, Azərbaycanda nazir postunu tutan şəxsin maaşı ilə özünə xaricdə nəinki villa, adi mənzil alması da mümkünsüzdür: “Nazir olduğum dövrdə biz indiki manatın ekvivalentində 250-300 dollar maaş alırdıq. 30-40 faiz də əlavələr olurdu. İndinin özündə nazirlərimiz əlavələrlə bərabər bu məbləğin 10-12 qatını alırlar. Yəni bu pul ailənin xərclərini və digər xərcləri də nəzərə alsaq, xaricdə villa almağa, biznes qurmağa yetməz. Bu məsələ real deyil”.

musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.000123