Nazir İnterpolun Bakı mərkəzinə yeni rəis təyin etdi
2023-02-01 16:42:00

Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosuna yeni rəis təyin olunub.
Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, daxili işlər naziri Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifəyə polis polkovniki Zamin Həsənov təyinat alıb.
Məlumatı DİN Mətbuat Xidmətinin Şöbə rəisi Elşad Hacıyev saytımıza təsdiq edib.
Qeyd edək ki, Z.Həsənov bu təyinata qədər DİN-in Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi olub. (qafqazinfo)
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya