Saat:03:44
Haqqımızda

Nazir generalın oğlunu vəzifədən azad etdi

2022-01-21 14:18:00

Nazir generalın oğlunu vəzifədən azad etdi

Daxili işlər naziri, general-polkovik Vilayət Eyvazov bölmə rəisini vəzifəsindən azad edib.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, nazirin əmri ilə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Urxan Şirinov işdən çıxarılıb.

U.Şirinov sərəncama götürülüb.

Qeyd edək ki, Urxan Şirinov sabiq daxili işlər naziri, general-polkovnik Ramil Usubovun qaynı Nüsrət Şirinovun oğludur. 

Polis general-mayoru Nüsrət Şirinov isə DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisidir. O, 2011-2016-cı illərdə Daxili İşlər Nazirliyi Katibliyinin rəisi olub.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR