Saat:04:06
Haqqımızda

NAZİR GENERALI SƏRƏNCAMA GÖTÜRÜB - Yerinə kim təyin edilib? + FOTO

2024-04-03 12:04:20

NAZİR GENERALI SƏRƏNCAMA GÖTÜRÜB - Yerinə kim təyin edilib? + FOTO

Dünən məlumat verdiyimiz kimi, polkovnik-leytenant Kənan Aşurov Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinə yeni rəis təyin edilib.

Bununla bağlı nazir Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, polkovnik-leytenant Kənan Aşurov bu təyinata qədər Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəisi işləyirdi. O, mərhum vəkil və ictimai xadim, 1992-1993-cü illərdə Qazax Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışmış İsaxan Aşurovun oğludur. 

 Kənan Aşurov

Onu da qeyd edək ki, Kənan Aşurovdan əvvəl FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin rəisi vəzifəsini general-mayor Elşad Hüseynov tuturdu.

Nazir Kəmaləddin Heydərovun müvafiq əmri ilə Elşad Hüseynovun sərəncama götürüldüyü bildirilir.

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.217649