“Nazir Daşqın Rəhimov məni döyüb xəstəxanalıq etdi” – NAXÇIVANDAN ŞİKAYƏT

2022-12-27 15:12:00

“Nazir Daşqın Rəhimov məni döyüb xəstəxanalıq etdi” – NAXÇIVANDAN ŞİKAYƏT

Naxçıvan şəhəri, Şərur rayonu, Keçili kənd sakini Əliyev Həbib Seyfulla oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət daxil olub. Şikayətçi iddia edir ki, Naxçıvanda dövlət qurumlarının çoxu saxtakarlıqla məşğuldurlar. Onun sözlərinə görə, Keçili kəndində sığortalı evi uçub və o, bununla bağlı müvafiq qurumlara müraciət etdikdə, təhqir edilib, döyülüb:

“Mən, Əliyev Həbib Seyfulla oğlu, evim uçdu, müraciət etdiyim orqanlardan cavab ala bilmədim. Hara getdim “uçub, uçub da, get təzədən tik” dedilər. Bir müddət keçdi, kreditlə maşın aldım. Tərslikdən maşın od tutub yandı. Maşınla bağlı da müraciət etdim, dedilər ki, “yanıb, biz heç nə edə bilmərik, gərək maşın vurardın, o zaman pul ödəyərdik”.

Şahbuz rayon prokroru Daşqın Rəhimova (indiki ədliyyə naziri - red.) müraciət etdikdən sonra məni döydü, təhqir etdi. Belə ki, o, oturduğu stolu götürüb başıma vurdu. O qədər döyülmüşdüm ki, başımda travma yaranmışdı.

Şahbuz rayon polis rəisi Elnur İsmayılov (Fazil Ələkbərovun bacısı oğlu) həkimin verdiyi kağızı əlimdən aldı. Əslində, bu iş dərindən araşdırılsa, həkimin kağızını arxiv şöbəsindən çıxartdırmaq olar. Başımdan aldığım zərbələrin hər biri disk və həkim kağızlarında öz əksini tapır.

Mən qanunsuz heç nə etməmişəm ki, Daşqın adlı şəxs və Elnur İsmayılov məni təhqir edib döysün. Evi uçan mən, maşını yanan mən, şikayətimə baxılmır. Mənə məxsus olan əmlaklarım sığortalı olduğu halda mənə pul verilmir.

Daşqın Rəhimovun vəzifəsi var deyə məni döyüb, təhqir edə bildi. Yoxsa gücü çatmazdı.

Məni elə günə qoyublar ki, 78 yaşlı anamın pensiyası ilə müalicə alıram. Başqa qazanc yerim yoxdur.

Hörmətli redaksiya!

Sizdən xahiş edirəm, mənim şikayətimi işıqlandırın, bəlkə Daşqın Rəhimovun da “sonu” gələ. Evim, maşınım bir yana, mənə təsir edən döyülüb, təhqir olunmağımdır.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.129817